...

Avropa İttifaqı regionda sabitlik və təhlükəsizliyin saxlanmasında maraqlıdır – Gürcüstan XİN

Siyasət Materials 27 İyul 2010 17:46 (UTC +04:00)
Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya Aİ-nin müşahidəçi missiyasının mandatının bir il uzadılmasını "mühüm hadisə" hesab edir.
Avropa İttifaqı regionda sabitlik və təhlükəsizliyin saxlanmasında maraqlıdır – Gürcüstan XİN

Gürcüstan, Tbilisi, 27 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya Aİ-nin müşahidəçi missiyasının mandatının bir il uzadılmasını "mühüm hadisə" hesab edir. "Bu qərar sübut edir ki, Avropa İttifaqı regionda, eləcə də Gürcüstanda sabitlik və təhlükəsizliyin saxlanmasında maraqlıdır", - nazir müavini jurnalistlərlə söhbətində bildirib.

Calaqaniyanın sözlərinə görə, daimi dialoqun mövzusu missiyanın mandatının tam şəkildə həyata keçirilməsidir. "Və bizim Aİ-dəki tərəfdaşlarımız daim bu məsələni gündəlikdə saxlayırlar", - o deyib və nəticənin əldə olunacağına ümidvar olduğunu ifadə edib.

Avropa İttifaqı Nazirlər Şurası Aİ-nin müşahidəçi missiyasının mandatının bir il - 2011-ci il sentyabrın 14-dək uzadılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti