...

Cenevrə danışıqlarının kommünikesində Gürcüstanda münaqişə zonalarındakı vəziyyət sakit qiymətləndirilir

Siyasət Materials 28 İyul 2010 12:21 (UTC +04:00)
Qafqazda nizamlanma üzrə Cenevrə danışıqlarının 12-ci raundunda qəbul edilən kommünikedə, çoxsaylı həbslərə baxmayaraq, Gürcüstanda münaqişə zonalarındakı vəziyyət sakit qiymətləndirilir.
Cenevrə danışıqlarının kommünikesində Gürcüstanda münaqişə zonalarındakı vəziyyət sakit qiymətləndirilir

Gürcüstan, Tbilisi, 28 iyul /Trend, müxbir N.Kirsxaliya/

Qafqazda nizamlanma üzrə Cenevrə danışıqlarının 12-ci raundunda qəbul edilən kommünikedə, çoxsaylı həbslərə baxmayaraq, Gürcüstanda münaqişə zonalarındakı vəziyyət sakit qiymətləndirilir.

Cenevrə danışıqlarında iştirak edən gürcü nümayəndə heyətindən Trend-ə verilən məlumata görə, sənəddə qeyd olunur ki, vətəndaşların sərbəst hərəkət etmələri prinsipinə riayət etmək üçün tərəflərin razılaşdırılmış fəaliyyəti lazımdır.

Müzakirələrdə işğal olunmuş Abxaziya və Cənubi Osetiyada insan hüquqlarının pozulması haqqında qətnamənin BMT-də müzakirəsinə qarşı çıxan Rusiya da öz mövqeyini bildirib.

Avropa İttifaqının danışıqlardakı nümayəndəsi Pyer Morel qeyd edib ki, BMT-yə belə qətnamə ilk dəfə çıxarılır və Cenevrə danışıqlarının gedişinə mane olmur.

Cenevrədə danışıqların yeni raundu oktyabrın 14-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti