...

Azərbaycanda "Kosovonun müstəqilliyinin birtərəfli bəyannaməsi və ya beynəlxalq hüququ nə gözləyir" adlı kitab çapdan çıxıb

Siyasət Materials 30 İyul 2010 12:30 (UTC +04:00)
Azərbaycanda hüquq elmləri üzrə fəlsəfə doktoru Səadər Yusifovanın "Kosovonun müstəqilliyinin birtərəfli bəyannaməsi və ya beynəlxalq hüququ nə gözləyir" adı altında əsəri çapdan çıxıb. Kitab Kosovonun müstəqilliyinin birtərəfli elan edilməsinə və bu hadisənin beynəlxalq-hüquqi nəticələrinə həsr olunub.
Azərbaycanda "Kosovonun müstəqilliyinin birtərəfli bəyannaməsi və ya beynəlxalq hüququ nə gözləyir" adlı kitab çapdan çıxıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda hüquq elmləri üzrə fəlsəfə doktoru Səadər Yusifovanın "Kosovonun müstəqilliyinin birtərəfli bəyannaməsi və ya beynəlxalq hüququ nə gözləyir" adı altında əsəri çapdan çıxıb. Kitab Kosovonun müstəqilliyinin birtərəfli elan edilməsinə və bu hadisənin beynəlxalq-hüquqi nəticələrinə həsr olunub.

Əgər BMT Beynəlxalq Məhkəməsi tərəfindən iyulun 22-də Kosovonun müstəqilliyinin birtərəfli elan edilməsinin beynəlxalq hüquq normalarına uyğun gəlməsi haqqında konsultativ rəy çıxarılmasını nəzərə alsaq, mövzu bu gün çox aktualdır.

Əsər təkcə hüquqşünas və politoloqlar üçün deyil, həm də geniş ictimaiyyət üçün maraqlı olacaq.

Xəbər lenti

Xəbər lenti