...

Azərbaycanda müxalif Demokratiya Uğrunda İttifaq mitinq keçirməkdən imtina edir

Siyasət Materials 2 Avqust 2010 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda müxalif Demokratiya Uğrunda İttifaq (DUİ) mitinq keçirməkdən imtina edir.

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının bazar ertəsi keçirilən növbəti toplantısında kütləvi aksiya keçirilmə məsələsi açıq saxlanılıb. Bu barədə bazar ertəsi Trend-ə müxalif Azadlıq Partiyasının və DUİ-nin seçki qərargahının sədri Əhməd Oruc bildirib.

"Artıq heç bir effekt verməyən aksiyaların hər dəfə təkrar olunmasına ehtiyac yoxdur", - Oruc əlavə edib.

Son vaxtlar Azərbaycanın müxalifət partiyaları icazəsiz mitinq keçirməyə cəhd göstəriblər. Bakı şəhər İcra Hakimiyyəti kütləvi mitinqlərin keçirilməsi üçün nəzərdə tutulan yer kimi Qaradağ rayonu Sahil qəsəbəsindəki stadionu, Sabunçu rayonunda "Azneftgeofizika" Tresti ilə üzbəüz stadionu, Suraxanı rayonunda Tofiq İsmayılov adına stadionu, Yasamal rayonunda 3155-ci məhəllənin stadionunu, Əzizbəyov rayonunun Türkan qəsəbəsini, Nizami rayonunda "Təbriz" kinoteatrı ilə üzbəüz ərazini və Nərimanov rayonunda "Ulduz" metrostansiyası ilə üzbəüz ərazini müəyyən edib.

Partiya sədrinin sözlərinə görə, Sədrlər Şurasının iclasında, həmçinin, müxalifətin qarşıdan gələn parlament seçkilərində iştirakının mümkün formatları, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti