...

Azərbaycanda Parlament seçkilərində ən güclü partiya hakim Yeni Azərbaycan Partiyasıdır – müxalifət lideri

Siyasət Materials 4 Avqust 2010 12:03 (UTC +04:00)
Azərbaycanda payızda keçiriləcək Parlament seçkilərində ən böyük güc ortaya qoya biləcək partiya hakim Yeni Azərbaycan Partiyasıdır
Azərbaycanda Parlament seçkilərində ən güclü partiya hakim Yeni Azərbaycan Partiyasıdır – müxalifət lideri

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda payızda keçiriləcək Parlament seçkilərində ən böyük güc ortaya qoya biləcək partiya hakim Yeni Azərbaycan Partiyasıdır (YAP). Bu barədə çərşənbə günü Trend-ə müxalif Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib.

"Azərbaycanda bu gün ən güclü partiya YAP olduğuna görə, biz Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət partiyaları ilə birgə yaradacağımız seçki blokunun əsas rəqibi kimi hakim partiyanı görürük. Qalan partiyaları özümüzə rəqib görmürük", - Qəzənfəroğlu əlavə edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Partiya sədri yaxın zamanlarda yaradılacaq blok barədə də danışıb.

"Seçki blokunun yaradılması ilə bağlı hazırlıq işləri gedir. Artıq bütün sənədlər yekunlaşmaq üzrədir. Hal-hazırda dairələrdə namizədlərin razılaşdırılması məsələsinə baxılır. Bu məsələdə razılıq əldə edildikdən sonra, yaxın zamanlarda blokun yaradılması haqqında ictimaiyyətə məlumat veriləcək", - partiya sədri deyib.

Xəbər lenti

Xəbər lenti