...

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Siyasət Materials 16 Avqust 2010 15:24 (UTC +04:00)
Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başlayıb

Türkiyə Respublikasının Prezidenti Abdullah Gül avqustun 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Abdullah Gülü hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Milligeyimli uşaqlar Türkiyə Prezidentinə gül dəstələri təqdim ediblər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Abdullah Gül və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Xəbər lenti

Xəbər lenti