...

Uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında möhkəm tərəfdaşlıq qurulacaq – Azərbaycanın Los-Ancelesdəki baş konsulu

Siyasət Materials 24 Avqust 2010 15:02 (UTC +04:00)
Uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında güclü, davamlı tərəfdaşlıq münasibətləri qurulacaq - Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov belə hesab edir.
Uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında möhkəm tərəfdaşlıq qurulacaq – Azərbaycanın Los-Ancelesdəki baş konsulu

Аzərbaycan, Bakı, 24 avqust /Trend, müxbir А.Qasımova/

Uzunmüddətli strateji maraqlar və qarşılıqlı anlaşma əsasında güclü, davamlı tərəfdaşlıq münasibətləri qurulacaq, - Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov belə hesab edir.

"Buna ABŞ-ın Avrasiyada mühüm vəzifəsi də daxildir: strateji və taktiki məqsədlərə nail olmaq vaxt və öhdəliklər tələb edir", - bu barədə Süleymanovun "Washington Post" qəzetində dərc olunmuş məqaləsində deyilir.

İlkin olaraq, Obama administrasiyasının Qafqazda əsas diqqəti Türkiyə-Ermənistan sərhədinin istənilən yolla açılışına yönəldilib. Süleymanovun sözlərinə görə, bu, ötən əsrin 90-cı illərində də, ABŞ-ın möhkəm tərəfdaşlıq münasibətləri qurduğu və formalaşmaqda olan ölkələrə beynəlxalq arenada özünü təsdiq etmək üçün kömək etdiyi bir dövrdə də olmuşdu.

"Müsbət faktor kimi ABŞ-ın müdafiə naziri Robert Geytsin Prezident Obamanın məktubunu Azərbaycana təqdim etməsi olub ki, bu məktubda Amerika-Azərbaycan münasibətlərinin genişlənməsinin vacibliyi vurğulanıb", - Süleymanov yazıb.

Baş konsul öz məqaləsində, həmçinin, Azərbaycanda demokratik islahatlar məsələsinə də toxunub. "Regionun bütün ölkələrində görüləcək işlər çoxdur, lakin əldə olunan tərəqqi barədə də unutmaq lazım deyil. Azərbaycanda dövlət quruculuğu prosesi məşhur Neft Fondunun yaradılmasından tutmuş, sürətlə inkişaf edən iqtisadiyyata qədər inkişaf edib. İnstitutsiyalaşdırılmış islahatlar vaxt tələb edir", - Süleymanov məqalədə qeyd edib.

Xəbər lenti

Xəbər lenti