...

Gürcüstanda Həmrəylik günü qeyd olunur

Siyasət Materials 1 Sentyabr 2010 11:04 (UTC +04:00)
Sentyabrın 1-də Gürcüstanda Həmrəylik günü qeyd olunur. Gürcüstanda Həmrəylik gününün bu tarixdə qeyd olunmasını Prezident Mixeil Saakaşvili 2008-ci il sentyabrın 1-də, Gürcüstan-Rusiya müharibəsindən sonra elan edib.
Gürcüstanda Həmrəylik günü qeyd olunur

Gürcüstan, Tbilisi, 1 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Sentyabrın 1-də Gürcüstanda Həmrəylik günü qeyd olunur. Gürcüstanda Həmrəylik gününün bu tarixdə qeyd olunmasını Prezident Mixeil Saakaşvili 2008-ci il sentyabrın 1-də, Gürcüstan-Rusiya müharibəsindən sonra elan edib.

Bütün Gürcüstanda 1,5 milyondan çox insanın ayağa qalxıb həmrəylik zənciri yaratdığı vaxt, Saakaşvili Azadlıq meydanında bugünün Gürcüstanın Həmrəyliyi günü olacağını bəyan edib.

"Gürcüstana haqsız olaraq hücum edildi, azadlıq və müstəqillik istəyənlər isə öz evlərindən qovuldular, amma biz yenidən birləşəcəyik və bir olacağıq", - Gürcüstan Prezidenti çıxışında deyib.

Xəbər lenti

Xəbər lenti