...

Enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığının genişlənməsində TÜRKPA-nın rolu mühüm olacaq - Ramil Həsənov

Siyasət Materials 1 Sentyabr 2010 16:47 (UTC +04:00)
Gələcəkdə enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığının genişlənməsində və güclənməsində TÜRKPA-nın Parlament Assambleyasının rolu mühüm olacaq.
Enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığının genişlənməsində TÜRKPA-nın rolu mühüm olacaq - Ramil Həsənov

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/

Gələcəkdə enerji sahəsində region və Avropa ölkələrinin əməkdaşlığının genişlənməsində və güclənməsində TÜRKPA-nın bir Parlament Assambleyası olaraq rolu mühüm olacaq. Bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İoannis Metaksas ilə görüşdə bildirib.

Həsənov Yunanıstan ilə bir çox istiqamətlərdə əməkdaşlığın müsbət şəkildə inkişaf etdirilməsində, genişlənməsində və davam etdirilməsində maraqlı olduğunu səfirin nəzərinə çatdırıb.

Səfir İoannis Metaksas görüşdə TÜRKPA-nın quruluşunu, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qısa zamanda ATƏT PA, AŞ PA, NATO PA kimi beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətini yüksək qiymətləndirib.

O, enerji sahəsində ölkələrarası əməkdaşlığın inkişaf etdirilməsinin önəmli fakt olduğunu bildirib, Azərbaycan, Qazaxıstan, Türkiyə və Yunanıstan arasında mövcud olan parlamentlərarası əlaqələrin inkişafından və dostluq qruplarının aktiv fəaliyyət göstərməsindən məmnun olduğunu qeyd edib. Səfir Yunanıstanın Azərbaycandakı səfirliyi və TÜRKPA Beynəlxalq Katibliyi ilə əlaqələrin inkişaf edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti