...

Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına təhsil alanların təqaüdlərini artırıb

Siyasət Materials 6 Sentyabr 2010 21:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına təhsil alanların təqaüdlərini artırıb

Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sərəncama əsasən dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq doktorantlara - 100 manat, ali təhsil müəssisələrində: adlı təqaüd alan tələbələrə - 100 manat, magistr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə - 85 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 70 manat yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 45 manat; bakalavr pilləsi üzrə: əla qiymətlərlə oxuyan tələbələrə - 80 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 65 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 40 manat;

Orta ixtisas təhsili müəssisələrində: əla qiymətlərlə oxuyan tələbələrə - 40 manat, əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 35 manat, yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 30 manat

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 30 manat müəyyən edilib.

Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti