Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
GUAM-ın baş katibi Valeri Çeçelaşvili Tbilisidə keçirilən səfirlərin görüşü zamanı Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın daxil olduqları təşkilatın prioritetləri haqqında danışacaq.
Çeçelaşvilinin jurnalistlərə bildirdiyinə görə, söhbət GUAM çərçivəsində həyata keçirilən konkret layihələrdən, məsələn, azad iqtisadi zona, turizm, nəqliyyat və energetika sahələrində əməkdaşlıqdan gedir.
"Mən xüsusi diqqəti GUAM çərçivəsində regional əməkdaşlığa və əməkdaşlıq prioritetləri məsələlərinə yönəldirəm. Söhbət GUAM çərçivəsində həyata keçirilən konkret layihələrdən gedir", - o deyib.
GUAM-ın formatı keçmiş sovet ölkələri tərəfindən 1997-ci ildə Strasburqda Avropa Şurası dövlətləri rəhbərlərinin sammitində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd il sonra təşkilatı tərk edib. 2006-cı ildə bu formatın Kiyevdə keçirilən sammitində GUAM-ın beynəlxalq təşkilat kimi yenilənərək Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM-a çevrilməsi haqqında qərar qəbul edilib.