...

Almaniyanın xarici işlər naziri мüsəlmanlari Ramazan Bayramı münasibətilə təbrik edib

Siyasət Materials 8 Sentyabr 2010 12:21 (UTC +04:00)
Almaniyanın federal xarici işlər naziri Qido Vestervellen Almaniyada yaşayan мüsəlmanlari və bütün dünya müsəlmanlarını və onların ailələrini Ramazan Bayramı münasibətilə təbrik edib. Bu barədə çərşənbə axşamı Almaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Almaniyanın xarici işlər naziri мüsəlmanlari Ramazan Bayramı münasibətilə təbrik edib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir M. Əliyev/

Almaniyanın federal xarici işlər naziri Qido Vestervellen Almaniyada yaşayan мüsəlmanlari və bütün dünya müsəlmanlarını və onların ailələrini Ramazan Bayramı münasibətilə təbrik edib. Bu barədə çərşənbə axşamı Almaniyanın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

"Dinlər və mədəniyyətlər arasında etimad və anlaşmanın möhkəmləndirilməsi üçün səy gostərən insanlara öz ehtiramımı izhar edirəm. Onlar insanların bir-biri ilə hörmət və etimad ruhunda rəftar etdikləri bir dünyanı yaradırlar və mədəniyyətlərarası mühüm körpülər qururlar. Biz əməkdaşlığımızı gələcəkdə qoruyub-saxlamaq və inkişaf etdirmək istəyirik", - təbrikdə deyilir.

Almaniyanın federal xarici işlər naziri həmcinin son həftələr və aylarda faciələrlə uzləşən və Ramazan Bayramını ailələri ilə birlikdə evlərində qeyd edə bilməyən insanlarin kədərlərini bölüşüb.

Xəbər lenti

Xəbər lenti