...

Gürcüstanın yeni konstitusiya layihəsi dövlət quruluşu üçün təhlükə yaradır – ictimai konstitusiya komissiyası

Siyasət Materials 15 Sentyabr 2010 14:26 (UTC +04:00)
İctimai konstitusiya komissiyası Gürcüstan Konstitusiyasının yeni redaksiya layihəsini hakimiyyət üçün təhlükə hesab edərək, onu parlamentdən geri çağırmağı tələb edir.
Gürcüstanın yeni konstitusiya layihəsi  dövlət quruluşu üçün təhlükə yaradır – ictimai konstitusiya komissiyası

Gürcüstan, Tbilisi, 15 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

İctimai konstitusiya komissiyası Gürcüstan Konstitusiyasının yeni redaksiya layihəsini hakimiyyət üçün təhlükə hesab edərək, onu parlamentdən geri çağırmağı tələb edir.

Komissiya üzvlərinin bəyanatına əsasən, konstitusiyaya edilmiş dəyişikliklər ictimaiyyətin maraqlarına cavab vermir və layihə üzrə ictimaiyyətin fikrinin real araşdırılması aparılmayıb. Onların sözlərinə görə, təqdim olunmuş layihədə icra hakimiyyəti iki hissəyə parçalanıb ki, bu da ölkədə ağır və təhlükəli vəziyyət yarada bilər. Onlar, həmçinin, belə hesab edirlər ki, düzəlişlər Parlamenti daha da zəiflədir və onu icra hakimiyyətinə nəzarət funksiyalarından məhrum edir.

İctimai konstitusiya komissiyası Parlamentdən konstitusiya layihəsini çıxarmağı tələb edir.

Konstitusiya məsələləri üzrə ekspert Vaxtanq Xmaladzenin bəyan etdiyi kimi, yeni konstitusiya ölkədə uzunsürən siyasi böhrana səbəb ola bilər. O, layihəni hazırkı siyasi qüvvələrin hakimiyyəti mühafizə cəhdi adlandırıb.

İctimai konstitusiya komissiyasının üzvləri bu məsələləri Venesiya komissiyası ilə müzakirə etməyə hazırlaşırlar.

Xəbər lenti

Xəbər lenti