...

Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti Gürcüstanda səfərdədir

Siyasət Materials 16 Sentyabr 2010 15:45 (UTC +04:00)
Cümə axşamı səhər Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti ikigünlük səfər çərçivəsində Gürcüstana gəlib.
Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti Gürcüstanda səfərdədir

Gürcüstan, Tbilisi, 16 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Cümə axşamı səhər Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti ikigünlük səfər çərçivəsində Gürcüstana gəlib. Gürcüstan parlamentindən Trend-ə verilən məlumata görə, görüşlər qanunverici orqanda başlayıb və Komissiya nümayəndələri saat 09:00-da insan haqları üzrə komitənin iclasında iştirak ediblər.

Saat 11:15-dən 12:00-dək nümayəndə heyəti parlament müxalifəti ilə görüşüb. Saat 12:15-də Milli Demokratik İnstitutun direktoru ilə qonaqların görüşü olub. 13:15-də Azad Universitetdə, 14:30-da İctimai Konstitusiya komissiyasının üzvləri ilə, 15:30-da isə Dövlət Konstitusiya komissiyasının sədri Avtandil Demetraşvili ilə görüş keçirilib. Görüşdə həmçinin Tengiz Şarmanaşvili, Giya Qeçadze və Levan Bodzaşvili də iştirak ediblər.

Saat 17:00-da QHT nümayəndələri ilə görüş keçiriləcək.

Sentyabrın 17-də isə görüşlər aşağıdakı qrafik üzrə keçiriləcək: saat 11:00-da Ali Məhkəmə sədrinin birinci müavini Zazo Meişvili, 12:30-da parlamentin Hüquq komitəsinin sədri Pavle Kublaşvili və ədliyyə nazirinin müavini Dmitri Dzaqnidze, 15:45-də isə Leyboristlər Partiyasının lideri Şalvo Natelaşvili ilə görüş keçiriləcək.

Xəbər lenti

Xəbər lenti