...

Moskva Qırğızıstanın yeni seçilmiş hökuməti ilə hərbi obyektlərlə bağlı danışıqlar aparacaq - XİN

Siyasət Materials 16 Sentyabr 2010 15:03 (UTC +04:00)
Moskva Qırğızıstanın yeni seçilmiş hökuməti ilə hərbi obyektlərlə bağlı danışıqlar aparacaq. Rusiya XİN başçısı Sergey Lavrov özünün kanadalı həmkarı ilə Moskvada birgə mətbuat konfransında bəyan edib. Bu barədə "Rusiya-24" kanalı məlumat verib.
Moskva Qırğızıstanın yeni seçilmiş hökuməti ilə hərbi obyektlərlə bağlı danışıqlar aparacaq - XİN

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Moskva Qırğızıstanın yeni seçilmiş hökuməti ilə hərbi obyektlərlə bağlı danışıqlar aparacaq. Rusiya XİN başçısı Sergey Lavrov özünün kanadalı həmkarı ilə Moskvada birgə mətbuat konfransında bəyan edib. Bu barədə "Rusiya-24" kanalı məlumat verib.

"Gəlin, Qırğızıstanda Parlament seçkilərinin keçirilməsini gözləyək və artıq seçilmiş hökumətlə ölkədəki Rusiya hərbi obyektlərinin olması məsələsini həll edərik", - Lavrov bildirib.

Nazir bildirib ki, Rusiyanın Qırğızıstandakı hərbi iştirakını daha düzgün etmək və onu qaydaya salmaq üçün zəruri olan məsələlərin müzakirəsi hələ Qırğızıstan hökuməti ilə müzakirə olunacaq.

"Biz belə danışıqlara hazırıq, başlıcası,Qırğızıstanın ona hazır olmasıdır", - o deyib.

Rusiyalı ekspertlərdən ibarət qrup Rusiya hərbi qulluqçularının statusu haqqında sazişin layihəsini, onların Qırğızıstan ərazisində qalma müddətini və hərbi obyektlərə görə icarə haqları məsələlərini müzakitə etmək üçün sentyabrın 20-dək Qırğızıstana gələcək. Bu barədə Qırğızıstan müdafiə naziri Əbubulla Kudayberdiyev sentyabrın 16-da "Kabar" agentliyində mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qırğızıstan ölkə ərazisindəki Rusiyanın 4 obyektinin vahid komandanlıq altında birləşdirilməsini təklif edir. Onun sözlərinə görə, Rusiya hər il Qırğızıstana hərbi obyektlərə görə 4,5 milyon dollar icarə haqqı verir. Hərbi obyektlərin ümumi sahəsi 866 hektar təşkil edir. O qeyd edib ki, Qırğızıstan icarə haqqının üç və ya dörd dəfə artırılması məsələsinin qaldırılmasını planlaşdırır. Çünki ilkin saziş 90-cı illərin ortalarında imzalanıb və ödəniş haqqı hazırkı reallıqlara uyğun gəlmir, -  bu barədə "CA-News" İA yazır.

Xəbər lenti

Xəbər lenti