...

Azərbaycanın hakim partiyasının səlahiyyətli nümayəndələri MSK-da qeydiyyata alınıb

Siyasət Materials 18 Sentyabr 2010 12:26 (UTC +04:00)
Azərbaycanın hakim partiyası Parlament seçkilərində səlahiyyətli nümayəndələrin qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend-in məlumatəna görə, YAP-ın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsi MSK-nın şənbə günü keçirilən iclasında müzakirə olunub.
Azərbaycanın hakim partiyasının səlahiyyətli nümayəndələri MSK-da qeydiyyata alınıb

Azərbaycan, Bakı, 18 sentyabr  /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası Parlament seçkilərində səlahiyyətli nümayəndələrin qeydiyyata alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Trend-in məlumatəna görə, YAP-ın səlahiyyətli nümayəndələrinin qeydiyyata alınması məsələsi MSK-nın şənbə günü keçirilən iclasında müzakirə olunub.

MSK katibi Natiq Məmmədov bildirib ki, YAP tərəfindən 136 nəfər səlahiyyətli nümayəndə və 1 nəfər maliyyə məsələləri üzrə nümayəndənin qeydiyyata alınması üçün sənədləri MSK-ya təqdim olunub.

Səsvermə nəticəsində səlahiyyətli nümayəndələrin qeydiyyata alınması barədə qərar qəbul olunub.

Azərbaycanda parlament seçkiləri 7 noyabr 2010-cu il tarixinə təyin edilib. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Xəbər lenti

Xəbər lenti