...

ABŞ dövlət katibi və Gürcüstan Prezidenti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 24 Sentyabr 2010 13:58 (UTC +04:00)
Nyu-Yorkda Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə ABŞ dövlət katibi Hillari Klinton arasında görüş keçirilib.
ABŞ dövlət katibi və Gürcüstan Prezidenti Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər

Gürcüstan, Tbilisi, 24 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Nyu-Yorkda Gürcüstan Prezidenti Mixeil Saakaşvili ilə ABŞ dövlət katibi Hillari Klinton arasında görüş keçirilib. Gürcüstan Prezidenti mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş Amerika tərəfinin təşəbbüsü ilə keçirilib və bir saata yaxın davam edib.

Mətbuat xidmətinin məlumatına görə, tərəflər Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. "Əsas məsələlərdən biri oktyabrın 6-da Vaşinqtonda keçiriləcək Gürcüstan-Amerika Strateji Əməkdaşlığı Xartiyası çərçivəsində yekun görüşün müzakirəsi olub. Həmin görüşdə sonrakı qarşılıqlı fəaliyyət planı müzakirə olunacaq", - Gürcüstan Prezidentinin mətbuat xidməti xəbər verir.

Bundan əlavə, Saakaşvili təhsil, səhiyyə və iqtisadiyyat sahəsində bir sıra təşəbbüslərlə çıxış edib ki, onlar ABŞ-la Gürcüstan arasında bu sahələrdə əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

Tərəflər işğal olunmuş Gürcüstan əraziləri ilə bağlı problemə xüsusi diqqət ayırıblar.

Görüşdə Prezident və Gürcüstan hökuməti, xüsusilə, Moskva ilə münasibətlərdə Tbilisiyə göstərdiyi dəstəyə görə ABŞ-a minnətdarlıqlarını bildiriblər.

Görüşdə Gürcüstan tərəfdən xarici işlər naziri Qriqol Vaşadze və Gürcüstanın BMT-dəki nümayəndəsi Aleksandr Lomaya da iştirak edib.

Xəbər lenti

Xəbər lenti