...

Azərbaycanda keçiriləcək parlament seçkilərində 150-yə yaxın namizəd qeydə alınıb

Siyasət Materials 29 Sentyabr 2010 19:28 (UTC +04:00)
Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1276 namizəd müraciət edib, onlardan 1213-ü MSK-dan imza vərəqələri götürüb, 327-si isə artıq onları dolduraraq Komissiyaya təqdim edib.
Azərbaycanda keçiriləcək parlament seçkilərində 150-yə yaxın namizəd qeydə alınıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir М.Əliyev/

Dairə seçki komissiyalarına Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı deputat mandatı uğrunda mübarizəyə hazır olan 1276 namizəd müraciət edib, onlardan 1213-ü MSK-dan imza vərəqələri götürüb, 327-si isə artıq onları dolduraraq Komissiyaya təqdim edib. Bu barədə çərşənbə günü Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

Bu günə 88 seçki dairəsi üzrə 149 nəfərin namizədliyi qeydə alınıb.

Azərbaycanın Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti