...

Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul etmişdir

Siyasət Materials 5 Oktyabr 2010 09:50 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi günü Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul etmişdir.
Elmar Məmmədyarov Yaponiyanın Azərbaycandakı səfirini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul etmişdir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi günü Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Okini ölkəmizdəki diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul etmişdir. Bu barədə xarici işlər nazirliyinin yaydığı məlumatda bildirilir.
       
Görüş zamanı səfir M.Oki Azərbaycanda Yaponiyanın səfiri olmasından məmnun olduğunu vurğulamışdır. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının xarici işlər nazirliyi ilə faydalı əməkdaşlığını qeyd etmişdir.

Öz növbəsində nazir E.Məmmədyarov səfir Masamitsu Okiyə xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.

Xəbər lenti

Xəbər lenti