...

MDB PAA DİMBİ Bakı Filialı Azərbaycan regionlarında müşahidəçilərin hazırlanması üzrə təlimlərə başlayacaq

Siyasət Materials 6 Oktyabr 2010 13:43 (UTC +04:00)
Oktyabrın 8-dən MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı Filialı Azərbaycanın regionlarında müşahidəçilərin hazırlanması üzrə təlimlərə start verəcək. Bu barədə təşkilatın nümayəndəliyinin məlumatında deyilir.
MDB PAA DİMBİ Bakı Filialı Azərbaycan regionlarında müşahidəçilərin hazırlanması üzrə təlimlərə başlayacaq

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın 8-dən MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PAA DİMBİ) Bakı Filialı Azərbaycanın regionlarında müşahidəçilərin hazırlanması üzrə təlimlərə start verəcək. Bu barədə təşkilatın nümayəndəliyinin məlumatında deyilir.

Təlim proqramı müşahidəçilərin hüquq və vəzifələri, onların davranış qaydaları, müşahidə prosesinin effektiv həyata keçirilməsini təmin edən formalar və bu sahədə müvafiq qanunvericiliyin bəndlərini əhatə edir.

İlk təlim 2010-cu il oktyabrın 8-də Gəncə şəhərində keçiriləcək.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub.

Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti