...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası tam tərkibli ilk iclasını keçirdi

Siyasət Materials 9 Oktyabr 2010 17:08 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının tam tərkibli ilk iclası keçirilib. Trend-in məlumatına görə iclası giriş sözü ilə açan sədr Məzahir Pənahov Milli Məclisinin qərarı əsasında MSK-ya yeni üzvlərin təyin olunduğunu bildirib.
Azərbaycanın Mərkəzi Seçki Komissiyası tam tərkibli ilk iclasını keçirdi

Azərbaycan, Bakı, 9 oktyabr / Trend muxbir  T.Hacıyev/

Azərbaycanın Mərkəzi Seçki Komissiyasının tam tərkibli ilk iclası keçirilib. Trend-in məlumatına görə iclası giriş sözü ilə açan sədr Məzahir Pənahov Milli Məclisinin qərarı əsasında MSK-ya yeni üzvlərin təyin olunduğunu bildirib.  

Pənahov bildirib ki, Müsavat partiyasının nümayəndəsi Gülağa Aslanlı, BAXCP-nin nümayəndəsi Mikayıl Rəhimov, Milli Məclisin bitərəf deputatlarının nümayəndəsi isə Arifə Muxtarovadır.

MSK sədri onlara fəaliyyətlərində uğurlar arzulayıb, onların öz fəaliyyətlərini Azərbaycan Respublikasının seçki məcəlləsinin tələbləri çərçivəsində həyata keçirəcəklərinə inandığını bildirib.

Azərbaycan Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-də keçiriləcək.

Ötən seçkilər 2005-ci ilin noyabrında keçirilmişdi. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti