...

Azərbaycanda cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilib

Siyasət Materials 10 Oktyabr 2010 14:20 (UTC +04:00)
Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları 6 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar ediblər. Bu barədə Trend-ə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar edilib

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməkdaşları 6 saylı cəzaçəkmə müəssisəsində narkotik maddə aşkar ediblər. Bu barədə Trend-ə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Oktyabrın 9-da xidmətin və onun tabeliyində olan 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən əldə olunmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilərək həmin müəssisədə cəza çəkən 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 178.3.2; 320.1; 320.2 və 66.3 maddələri ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmiş Teymurov Zaur Tahir oğluna məxsus olan və məişət mebelinin hazırlanması üçün nəzərdə tutulan taxta parçasının içində (gizli saxlanc yerində) xalis çəkisi 600 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti