...

Gürcüstan Prezidenti Ukrayna nümayəndə heyəti ilə Gürcüstan - Ukrayna siyasi və iqtisadi əməkdaşlığını möhkəmləndirmək məsələlərini müzakirə edib

Siyasət Materials 14 Oktyabr 2010 13:40 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Gürcüstan və Ukrayna arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi məsələlərini Ukrayna Ali Radasının sahibkarlıq məsələləri üzrə komitə sədri Nataliya Korolevskayanın rəhbərliyi altında Ukrayna nümayəndə heyətinin üzvləri ilə müzakirə edib.
Gürcüstan Prezidenti Ukrayna nümayəndə heyəti ilə Gürcüstan - Ukrayna siyasi və iqtisadi əməkdaşlığını möhkəmləndirmək məsələlərini müzakirə edib

Gürcüstan, Tbilisi, 14 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Gürcüstan və Ukrayna arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi məsələlərini Ukrayna Ali Radasının sahibkarlıq məsələləri üzrə komitə sədri Nataliya Korolevskayanın rəhbərliyi altında Ukrayna nümayəndə heyətinin üzvləri ilə müzakirə edib.

Tərəflər əsas diqqəti investisiyalar üçün səmərəli şəraitin yaradılması məsələlərinə ayırıblar.

Görüş zamanı Prezident Mixeil Saakaşvili və onun qonaqları, həmçinin, Gürcüstanda aparılan islahatları müzakirə ediblər.

Korolevskaya qeyd edib ki, nümayəndə heyəti artıq həm mülki, həm də ictimai reyestrdə dəyişikliklərlə tanış olub. "Biz Gürcüstanda dövlət strukturunun necə yaradıldığını görürük; 19 ildir, Ukraynadakı islahatlardan danışırıq, yalnız indi onu gerçəkləşdirmək şansı ələ düşüb. Biz islahatlarla bağlı dünya təcrübəsini öyrənir və Gürcüstan bu sahədə liderə çevrilib; belə ki, burada həyata keçirilən islahatlar sürətli və effektivdir", - o qeyd edib.

Saakaşvili qonaqları hakimiyyətin desentralizasiya islahatı ilə tanış edib. O vurğulayıb ki, bu siyasətin bir hissəsi ağırlıq mərkəzinin Batumi və Parlamentin köçürüldüyü Kutaisiyə köçürülməsidir; həmçinin, Gürcüstan paytaxtı - Tbilisiyə inkişaf etməyə imkan verən dövlət strukturları artıq digər şəhərlərə köçürülüb.

Prezident Gürcüstanda infrastukturun inkişafı layihəsini ətraflı müzakirə edib.

Xəbər lenti

Xəbər lenti