...

Azərbaycan MSK parlament seçkilərində namizədləri təşviqat kampaniyası zamanı qanunvericiliyə əməl etməyə çağırır (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 15 Oktyabr 2010 17:53 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində namizədləri təbliğat-təşviqat kampaniyası zamanı qanunvericiliyə əməl etməyə çağırır.
Azərbaycan MSK parlament seçkilərində namizədləri təşviqat kampaniyası zamanı qanunvericiliyə əməl etməyə çağırır (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir M.Əliyev/

RED. əlav.: son iki abzas əlavə olunub

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərində namizədləri təbliğat-təşviqat kampaniyası zamanı qanunvericiliyə əməl etməyə çağırır.

"Seçki qanunvericiliyinə əsasən, təbliğat bir seçki dairəsinin ərazisində keçirilməlidir. Qanunvericiliyin bu maddəsinin pozulması faktı aşkar olunduqda, MSK araşdırma aparacaq və müvafiq tədbirlər görəcək", - jurnalistlərə cümə günü MSK sədri Məzahir Pənahov deyib.

MSK sədrinin sözlərinə görə, təbliğat plakatlarının inzibati binaların və yaşayış evlərinin divarlarına yapışdırılması yolverilməzdir.

Pənahov onu da qeyd edib ki, Azərbaycanda siyasi partiyaların kifayət qədər təcrübəli olduğuna və onların qanunvericiliyin pozulmasına yol verməyəcəklərinə inanır.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

MSK-nın cümə günü keçirilən iclasında namizədlərin təbliğat-təşviqat kampaniyasına nəzarət üzrə qrup yaradılıb. Qrup rəhbəri Şahəddin Əliyev, üzvlər Azər Tağıyev, Mikayıl Rəhimov, Samir Məhərrəmov və Azər Sarıyev seçiliblər.

Naxçıvanda namizədlərin pulsuz efir vaxtı ilə Naxçıvan televiziyası və "Şərq qapısı", qalan 118 dairənin ərazisində isə İctimai televiziya və "Azərbaycan" qəzeti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti