...

Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı məntəqələrin 10 faizində veb-kameralar quraşdırılacaq – MSK katibi

Siyasət Materials 18 Oktyabr 2010 13:49 (UTC +04:00)
Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri zamanı seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılacaq.
Azərbaycanda keçiriləcək parlament seçkiləri zamanı məntəqələrin 10 faizində veb-kameralar quraşdırılacaq – MSK katibi

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda noyabrın 7-də keçiriləcək parlament seçkiləri zamanı seçki məntəqələrinin 10 faizində veb-kameralar quraşdırılacaq. Bu barədə bazar ertəsi Trend-ə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bildirib.

"Veb-kameraların hansı bölgədə quraşdırılmasını demək çətin məsələdir, amma belə nəzərdə tutulub ki, ölkənin bütün regionlarını əhatə etsin", - Məmmədov əlavə edib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Onun sözlərinə görə, veb-kameraların quraşdırılması zamanı bir neçə kriteriya müəyyən olunub.

"Veb-kameraların yerləşdirilməsi zamanı məntəqələrə bir neçə kriteriya tətbiq olunacaq. Buraya seçki məntəqəsində seçicilərin sayı və məntəqədə görüntünün əldə olunması, ötürülməsi və görüntünün keyfiyyətinin texniki göstəricilərə cavab verməsi aiddir. Misal üçün 50 seçicisi olan məntəqədə veb-kamera quraşdırmağın bir o qədər də əhəmiyyəti olmaz. Çalışacağıq ki, 1500-ə yaxın seçicisi olan məntəqələrdə veb-kameralar quraşdırılsın", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti