...

ABŞ ATƏT missiyasının Gürcüstana qayıtmasına tərəfdardır

Siyasət Materials 20 Oktyabr 2010 15:06 (UTC +04:00)
ABŞ ATƏT-in müşahidə missiyasının Gürcüstana qayıtmasına tərəfdardır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Vaşinqtonda keçirilən brifinqdə bildirib.
ABŞ ATƏT missiyasının Gürcüstana qayıtmasına tərəfdardır

Gürcüstan, Tbilisi, 20 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

ABŞ ATƏT-in müşahidə missiyasının Gürcüstana qayıtmasına tərəfdardır. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Vaşinqtonda keçirilən brifinqdə bildirib.

Tonerin sözlərinə görə, ATƏT missiyasının işi yerində təhlükəsizliyə zəmanət yaratmaqdır ki, bu da gərginliyin azalmasına kömək edir.

O, həmçinin bəyan edib ki, ATƏT missiyasının öhdəlikləri Rusiyanın atəşkəs sazişinə əməl edib-etməməsini müşahidə etmək və müəyyən etməkdən ibarətdir. Toner Ağ evin Rusiyaya məxsus silahlı qüvvələrin avqust müharibəsinə qədər tutduqları dislokasiya yerlərinə qayıtmalı olmasına dair mövqeyini təsdiqləyib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub və tanınmamış iki respublikanı işğal olunmuş ərazilər elan edib. Bundan sonra 2008-ci ilin dekabrında Rusiyanın təkidi ilə mandatının müddətinin uzadılmasına Moskvanın mane olduğu ATƏT missiyası Gürcüstanın ərazisindən çıxarılıb.

Dövlət Departamentinin nümayəndəsi həmçinin Çeçenistan parlamentinə hücumla bağlı fikrini bildirib. Tonerin sözlərinə görə, ABŞ Şimali Qafqazda törədilən zorakılıqlardan narfahatdır və regiondakı hadisələri diqqətlə izləyir.

Xəbər lenti

Xəbər lenti