...

Deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün heç bir maneə yoxdur – MSK sədri

Siyasət Materials 1 Noyabr 2010 17:10 (UTC +04:00)
Azərbaycanda deputatlığa namizədlərin öz seçiciləri ilə görüşməsi üçün heç bir maneə yoxdur. Bu barədə bazar ertəsi MSK-nın iclasında Komissiya sədri Məzahir Pənahov deyib.
Deputatlığa namizədlərin seçicilərlə görüşməsi üçün heç bir maneə yoxdur – MSK sədri

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda deputatlığa namizədlərin öz seçiciləri ilə görüşməsi üçün heç bir maneə yoxdur. Bu barədə bazar ertəsi MSK-nın iclasında Komissiya sədri Məzahir Pənahov deyib.

"Bu günədək Mərkəzi Seçki Komissiyasına seçicilərlə görüşlərin keçirilməsi üçün maneələrlə bağlı müraciət daxil olmayıb", - Pənahov qeyd edib.

MSK-nın bazar ertəsi keçirilən iclasında parlament seçkiləri ilə bağlı müraciətlərə baxılır.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti