Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/
Ermənilər dünya üçün təhlükə törədən etnokriminal şəbəkədir, Ermənistan isə bunun koordinasiya mərkəzidir. Bunu çərşənbə günü Trend Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, son dövrlərdə ABŞ-da "Medicare" tibbi sığorta şəbəkəsindən qocaların və əlillərin tibbi sığorta pulunu mənimsəyən 40 erməninin yaratdığı sindikatın üzə çıxarılması, Hollandiyada erməni mənşəli kibercinayətkarın tutulması, həmçinin Ermənistan prezidenti Serj Sarkisyanın və eks-prezident Robert Köçəryanın cinayətkar dəstə rəhbəri olan "qanuni oğru" Armen Kazaryanla əlaqəsi barədə ABŞ mətbuatının yaydığı faktlar buna sübutdur.
ABŞ-da ermənilərdən ibarət maliyyə fırıldaqlığı ilə məşğul olan beynəlxalq cinayətkar dəstə yaxalanıb. Saxlanılan şəxslər ABŞ-ın 25 ştatında 118 saxta klinika yaradaraq tibbi sığorta xərcləri adı ilə dövlət büdcəsindən 163 milyon dollar oğurlayıblar. Dəstənin başında "Pzo" ləqəbli Armen Kazaryan durur.
Bu hadisədən sonra ABŞ Federal Təhqiqatlar Bürosunun xəfiyyələri cinayətkar dəstənin Ermənistan bankları ilə əlaqələrini yoxlamaq üçün bu ölkəyə gəliblər.
"Erməni kriminallar Ermənistandakı kriminal şəbəkələri vasitəsilə ölkədəki siyasi hakimiyyət üzərində "ictimai nəzarət"i təmin edə biliblər", - Əhmədoğlu bildirib.
Mərkəzin direktoru hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistanın qeyri-konstruktiv mövqedən əl çəkməməsinin səbəbi bu situasiyadır.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.