...

Azərbaycan xalqı öz sözünü parlament seçkiləri günü deyəcək – RF Federasiya Şurasının sədr müavini

Siyasət Materials 6 Noyabr 2010 16:37 (UTC +04:00)
Xalqın öz iradəsini ifadə etməsi üçün heç bir maneə yoxdur və Azərbaycan əhalisi öz sözünü parlament seçkiləri günü deyəcək. RF Federal Məclisi Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlova belə hesab edir.
Azərbaycan xalqı öz sözünü parlament seçkiləri günü deyəcək – RF Federasiya Şurasının sədr müavini

Аzərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir M.Əliyev /

Xalqın öz iradəsini ifadə etməsi üçün heç bir maneə yoxdur və Azərbaycan əhalisi öz sözünü parlament seçkiləri günü deyəcək. RF Federal Məclisi Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyanın müşahidəçilər qrupunun əlaqələndiricisi Svetlana Orlova belə hesab edir.

"MDB missiyasının tərkibində 50-dən artqı müşahidəçi var, bir çox digər müşahidəçilərdən fərqli olaraq biz uzunmüddətli müşahidəyə əsaslanırıq", - Orlova Trendə bildirib.

Onun sözlərinə görə, Azərbaycanda seçki komissiyalarının tərkibində qadınlar böyük fəallıq göstərirlər.

"MDB PAA-nın Bakı filialı Azərbaycanın 20-dən artıq rayonunda uzunmüddətli müşahidə həyata keçirib və orada seçkilərə hazırlıq, qanunvericiliyə əməl olunması, bərabər iştirak imkanları öyrənilib", - Orlova bildirib.

Onun sözlərinə görə, müşahidə göstərir ki, çoxpartiyalılıq mövcuddur. Belə ki, seçkilərdə 23 siyasi partiya və beş blok iştirak edir.

" MDB PAA-nın məruzəsi seçkilərə hazırlıq bütün beynəlxalq standartlara və Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olduğunu deyir", - o bildirib.

Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2010-cu il noyabrın 7-nə təyin olunub. Sentyabrın 3-də seçki kampaniyasına rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabrında keçirilib. Azərbaycanda ölkənin qanunverici orqanına seçkilər 125 seçki dairəsində majoritar sistemdə aparılır.

Xəbər lenti

Xəbər lenti