...

ATƏT Tbilisidə informasiya mümkünlüyü və yeni texnologiyalar üzrə regional konfrans keçirir

Siyasət Materials 11 Noyabr 2010 11:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 noyabr /Trend, müxbir N.Kirsxaliya/

Cümə axşamı Tbilisidə ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviçin təşkil etdiyi yeddinci illik mətbuat konfransı açılacaq.

İkigünlük konfrans çərçivəsində Cənubi Qafqaz ölkələrində KİV sahəsində proseslər və jurnalistlər qarşısında duran çağırışlar müzakirə olunacaq. Əsas diqqət informasiya mümkünlüyü və yeni texnologiyalara yönəldiləcək.

Müzakirə olunan məsələlər arasında informasiya mümkünlüyündə beynəlxalq standartlar, İnternetin inkişafı və nizamlanması, Cənubi Qafqazda informasiya mümkünlüyü var.

Konfransda hökumət strukturunun nümayəndələri, KİV sahəsində beynəlxalq və yerli ekspertlər, Azərbaycan, Ermənistan və Gürcüstandan jurnalist və vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin, Qazaxıstandan iki ekspert iştirak edəcək.

Konfrans iştirakçıları gələcək işin planlaşdırılacağı bəyannamədə əks olunan məsləhətlər hazırlayırlar. Konfrans noyabrın 11-i Tbilisi vaxtı ilə səhər 10:00-da "Redisson" mehmanxanasında açılacaq.

Xəbər lenti

Xəbər lenti