...

Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 12 Noyabr 2010 13:31 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Türkiyənin Azərbaycandakı səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Аzərbaycan, Bakı, 12 noyabr /Trend/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə Türkiyə səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Kılıç öz təbrikində bütün İslam alәmini bәrabәrlik vә şülh üçün bir araya gәtirən müqәddәs Qurban bayramı münasibәti ilә qardaş Azәrbaycan xalqına әn xoş arzu vә dilәklәrini ifadә etmәkdәn mәmnunluğunu bildirib.

Hulusi Kılıç bayram münasibətilə Azәrbaycan xalqına, bütün türk dünyasına can sağlığı, xoşbәxtlik vә rifah, iki qardaş ölkәyə sülh vә әminamanlıq arzulayıb.

Qurbankəsmə bayramı olan Qurban bayramı (yaxud Eydül-Əzha) Məkkədə müsəlmanların zəvvarlıq ayininin bir hissəsidir. Bayram müsəlmanların Ay təqviminin 12-ci ayı olan zilhiccə ayının 10-da Məkkə yaxınlığındakı Mina vadisində həyata keçirilir və 3-4 gün davam edir.

Xəbər lenti

Xəbər lenti