...

İran Prezidentinin səfəri Azərbaycanla əlaqələrin inkişafına yeni təkan verəcək – səfir

Siyasət Materials 24 Noyabr 2010 17:30 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri iki ölkənin münasibətlərində mühüm hadisə oldu. Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.
İran Prezidentinin səfəri Azərbaycanla əlaqələrin inkişafına yeni təkan verəcək – səfir

Аzərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir M.Əliyev/

İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri iki ölkənin münasibətlərində mühüm hadisə oldu. Bu barədə İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.

"Həmin səfər Azərbaycanla İran arasında əlaqələrin inkişafına yeni təkan verəcək", - səfir deyib.

İran Prezidenti noyabrın 17-də Azərbaycana rəsmi səfər edib.

Bəhramini sözlərinə görə, hər iki prezident münasibətlərin bütün sahələrdə inkişaf etməsi üçün maneə olmadığını, Azərbaycan və İranın qonşu yox, qardaş olduqlarını qeyd ediblər.

Səfir bildirib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti öz uğurlu işi ilə yadda qaldı. "Sammit göstərdi ki, Xəzəryanı ölkələr öz problemlərini özləri həll edə bilirlər və onların digər ölkələrin müdaxiləsinə ehtiyacları yoxdur. Xəzəryanı ölkələrin dövlət başçıları uzaqgörən olduqlarını dünyaya göstərdilər. Baxmayaraq ki, Qərb KİV-ləri bu iclasa qədər bu sammitin uğurlu nəticəsinə şübhə edirdilər", - Bəhrami bildirib.

Xəbər lenti

Xəbər lenti