...

Azərbaycan Baş Prokurorluğu işə qəbul elan edib

Siyasət Materials 26 Noyabr 2010 14:35 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend-ə bildirib ki, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulu elan edilir.
Azərbaycan Baş Prokurorluğu işə qəbul elan edib

Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu işə qəbul elan edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov cümə günü Trend-ə bildirib ki, Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulu elan edilir.

İşə qəbulla əlaqədar namizədlərin kompüter texnologiyaları, foto, videoçəkiliş, trasologiya, ballistika, biologiya, kimya sahələri üzrə təhsilə və iş təcrübəsinə, mütəxəssis (kriminalist) ştatları üzrə namizədlərin sürücülük vəsiqəsinə malik olması tələb olunur.

İşə qəbulla əlaqədar namizədlər müsahibədən keçmək üçün dekabrın 25-dək Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti