Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A. Maratov/
"Wikileaks" saytının yaydığı məlumatlar orada adları çəkilən vətəndaşların həyatını təhlükə altına atan məsuliyyətsiz bir addımdır və o vətəndaşların təhlükəsizliyi rəsmi Vaşınqtonu çox narahat edir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Astanaya səfəri zamanı tələbələrlə görüşdə çıxışı zamanı deyib.
"Hesab edirəm ki, İnternetdə məxfi məlumatların dərc edilməsi kədərli bir haldır, və məni, ilk növbədə yazışmalarda adları çəkilən insanların taleyi narahat edir", Klinton bildirib.
Bu günlərdə New York Times və digər nüfuzlu Amerika və Avropa kütləvi informasiya vasitələrinə WikiLeaks saytı tərəfindən 250 min məxfi diplomatik məktub və teleqrammlar yayılıb. Onların arasında ABŞ rəsmilərinin xarici dövlət başçıları və nümayəndələri ilə keçirdikləri görüşlərin guya "bəzi gizli məqamlarını" əks etdirən materiallar da yayılıb. "Tam məxfi" qrifi altında olan sənədlərin bir hissəsində guya Obama administrasiyasının böhran və münaqişələr məsələlərinə aid yazışmalarının detalları, Amerikalı diplomatların müsəlman dövlətlərinin başçıları və Avropa liderləri haqqında kəskin rəyləri, müxtəlif dövlətlərin başçılarıyla Amerikalı məmurların arasında olan görüşlərə dair sənədlər yer alır. Dünya liderlərinin əksəriyyəti bu sənədlərin əslliyini şübhə altına alır.
ABŞ dövlət katibinin sözlərinə görə, razılaşmaq lazımdır ki, yazışma təkcə diplomatlar arasında deyil, digər peşə sahibləri arasında da olur.
"Bütün insanlar yazışmanın məxfiliyinə güvənir, bu məxfilik ABŞ Dövlət Katibliyi və Amerika dipmssiyalarına qarşı kobutcasına pozulmuşdur", Klinton bildirib.
Dövlət katibinin sözlərinə görə, Ağ Evin administrasiyası və Prezident Barak Obama son illərdə xarici siyasətdə nail olduqları pozitiv təmayülü yaxşılaşdırmağa davam edəcəklər.
"Bu baxımdan, bizi, xarici təhlükələrə qarşı durmada göstərilən bütün təşəbbüslər narahat edir, xüsusən İran tərəfindən. Qazaxıstanın, insan hüquqlarının qorunmasının göstəricilərinin bir istiqaməti olan, nüvə silahından könüllü imtinasını xüsusilə qeyd etmək istərdim", - dövlət katibi deyib.
ABŞ və bir sıra Qərb dövlətləri İranı sülhyönlü atom proqramı pərdəsi altında hərbi məqsədlərlə nüvə silahının hazırlanmasında ittiham edir. İndiyədək BMT TŞ İranın nüvə proqramını dayandırması üçün altı qətnamə qəbul edib, onlardan dördü İran əleyhinə iqtisadi və bəzi siyasi sanksiyaları nəzərdə tutur, ikisi xəbərdarlğı ehtiva edir.
ABŞ dövlət katibi Hillari Klinton dekabrın 1-də açılacaq ATƏT-in sammitində iştirak etmək üçün Astanaya gəlib.
Klinton ABŞ nümayəndə heyətinə başçılıq edir. Onların sırasında dövlət katibinin müavini, Konqres üzvləri, ekspertlər və dövlət orqanlarının mütəxəssisləri var.
ATƏT-in sammiti dekabr ayının 1-2 Astana şəhərində keçiriləcək. Bu son on il ərzində təşkilatın ilk sammitidir. Sammit ərzində ATƏT-in üzv ölkələrinin başçıların iştirakı gözlənilir.