...

ABŞ Dağlıq Qarabağ nizamlanması üzrə səylərin gücləndirilməsi uğrunda mübarizə aparır – ABŞ dövlət katibi Klinton (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 1 Dekabr 2010 12:01 (UTC +04:00)
ABŞ Dağlıq Qarabağ nizamlanması üzrə səylərin gücləndirilməsi uğrunda mübarizə aparır. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton çərşənbə günü Astana sammitində bəyan edib.
ABŞ Dağlıq Qarabağ nizamlanması üzrə səylərin gücləndirilməsi uğrunda mübarizə aparır – ABŞ dövlət katibi Klinton (ƏLAVƏ OLUNUB-2)

RED. əlavəsi: Hillari Klintonun sitatları və sammitin mövzuları haqqında təfərrüatlar əlavə olunub.

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

ABŞ Dağlıq Qarabağ nizamlanması üzrə səylərin gücləndirilməsi uğrunda mübarizə aparır. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton çərşənbə günü Astana sammitində bəyan edib.

O, qeyd edib ki, münaqişənin həlli əsas Helsinski prinsipləri əsasında həyata keçirilməlidir.

"Tarix bizim haqqımızda bu gün sammitdə nə barədə danışdığımıza görə deyil, Helsinki prinsiplərinə dayanaraq nə edəcəyimizə görə hökm verəcək", - Klinton bildirib.

1975-ci ildən başlayan Helsinki prosesi Avropada sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasını nəzərdə tutur. Helsinki prosesinin başlanğıcını Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Müşavirənin (ATƏT-in sələfi) yekun aktı təşkil edir.

Klinton hazırkı ATƏT sammitinin ilk dəfədir ki, 1999-cu ildə ATƏT ölkələri liderlərinin sonuncu dəfə görüşdükləri İstanbuldan şərqdə keçirilməsinin vacibliyini qeyd edib.

"Hazırkı sammit sadəcə olaraq 11 illik fasilədən sonra keçirilən ilk sammit deyil, həm də İstanbuldan şərqdə keçirilən birinci sammitdir. Biz bu imkandan əlaqələr yaratmaq və əsas prinsipləri ərazi bütövlüyü və qarşılıqlı hörmət olan Helsinki paktının prinsiplərini keçirtmək üçün istifadə etməliyik", - Klinton bildirib.

ATƏT ölkələrində təhlükəsizlik Astanada sammit iştirakçılarının müzakirə edəcəyi əsas mövzulardan biridir. ATƏT sammiti müstəqillik əldə etməsindən sonra Qazaxıstanın siyasi həyatında görkəmli hadisədir. O, çərşənbə günü və cümə axşamı bütün üzv ölkələrin, eləcə də 12 tərəfdaş ölkənin dövlət və hökumət başçılarının və 68 beynəlxalq qurumun rəhbərlərinin iştirakı ilə keçiriləcək.

ATƏT məşvərətçi orqan olduğu üçün bu tip yüksək səviyyəli görüş mövcud problemləri müzakirə etməyin yeganə üsuludur. Ötən illər ərzində dünyada təhlükəsizlik və təhdidlər sahəsində vəziyyət kəskin şəkildə dəyişib və Astana sammiti ATƏT ölkələrinə hazırkı vəziyyəti müzakirə etməyə imkan verəcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Klinton ATƏT-in mövcud çağırışlara daha effektiv cavab verməli olduğunu bildirərək, sammitdə Helsinki paktı əsasında kəsərli sənədin qəbul edilməsinə can atıldığını qeyd edib.

"Münaqişələrə cavab vermək qabiliyyətinin artırılması və münaqişələrin qarşısının alınmasında təşkilatın rolunun gücləndirilməsi vacibdir, burada heç bir başqa struktur ATƏT-lə eyniləşdirilə bilməz", - Klinton deyib.

O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT MQ-nin himayəsi altında işlənib hazırlanan prinsiplərə əsaslanacaq səylərin gücləndirilməsinin zəruriliyini qeyd edib.

Təşkilatın üzvü olan digər ölkələrin təhlükəsizliyi sahəsindəki vəziyyətdən danışarkən Klinton Qırğızıstandakı vəziyyətin sürətlə nizamlanmasına görə Qazaxıstan rəhbərliyinə minnətdarlığını bildirib.

"Rusiyanın da mövcud imkanları yaxşılaşdırmanın zəruriliyini etiraf etməsi ruhlandırıcıdır və ümid edirəm ki, biz Gürcüstanda və Qırğızıstanda baş verən hadisələri qiymətləndirməyə imkan verəcək formatı tapa biləcəyik", - Klinton bildirib.

Xəbər lenti

Xəbər lenti