...

ATƏT öz potensialını itirməyə başlayıb, onun fəaliyyət formasının üslubunu dəyişmək vacibdir – Medvedev

Siyasət Materials 1 Dekabr 2010 11:51 (UTC +04:00)
Rusiya Prezidenti Dmitri Medvedev münaqişələrin nizamlanmasının vahid prinsiplərinin işlənməsinin vacibliyini qeyd edib.
ATƏT öz potensialını itirməyə başlayıb, onun fəaliyyət formasının üslubunu dəyişmək vacibdir – Medvedev

Qazaxıstan, Astana, 1 dekabr /Trend, müxbir A.Maratov/

Rusiya Prezidenti Dmitri Medvedev münaqişələrin nizamlanmasının vahid prinsiplərinin işlənməsinin vacibliyini qeyd edib.

"Ola bilsin ki, ən vacibi münaqişələrin nizamlanmasının vahid prinsiplərinin işlənməsidir. Və müəyyən hallarda deyil, bütün böhranlı vəziyyətlərdə onlara söykənmək lazımdır", - Medvedev çərşənbə günü Astanada ATƏT sammitində bildirib.

Eyni zamanda, o, bunun, qüvvə tətbiq edilməməsi, tərəflərin özləri arasında razılığın əldə olunması, razılaşdırılmış danışıqlar və sülhyaratma formatlarına hörmət, münaqişə zonasında olan mülki əhalinin hüquqlarının təminatı olduğunu dəqiqləşdirib. "Təkrar edirəm ki, belə məsələlərin nizamlanması tamamilə dinc yolla olmalıdır. 2008-ci ilin avqustunda Gürcüstan rəhbərliyi Cənubi Osetiyada etməyə cəhd göstərdiyi kimi qüvvə tətbiq edilməsi qətiyyən yolverilməzdir", - RF Prezidenti qeyd edib.

2008-ci il avqustun 8-nə keçən gecə tanınmamış "Cənubi Osetiya Respublikası"nda irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Sxinvaliyə daxil olub. Sonradan rus qoşunları Sxinvalini tutub və gürcü hərbçiləri Gürcüstan ərazisinə sıxışdırıblar. Avqustun sonlarında Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Buna cavab olaraq, Tbilisi Moskva ilə diplomatik münasibətləri pozub.

Rusiya ATƏT MQ həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə cəlb olunub. Dmitri Medvedev Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşəbbüskarı olub.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Onun sözlərinə görə, regionda təhlükəsizliyi təmin edən təşkilat kimi ATƏT öz potensialını itirməyə başlayıb. Təşkilatın fəaliyyətinin forma və üsulunun dəyişdirilməsi vacibdir. "Rusiya ardıcıl olaraq Helsinki prinsiplərini təcrübədə həyata keçirməklə onlara yeni həyat verməyin tərəfdarı kimi çıxış edir. Bunun üçün ATƏT-i, onun fəaliyyətinin üslub və formalarını modernləşdirmək lazımdır. Həqiqətən də təşkilat öz potensialını itirməyə başlayıb. Bu barədə açıq danışmaq lazımdır", - Medvedev bildirib.

Onun sözlərinə görə, təşkilatın fəaliyyət göstərməsi üçün dəqiq hüquqi baza və hamı üçün universal qaydalar lazımdır.

"Onların həlli üçün bütün yeni öhdəlik və alətlərin istehsalı özünü tükədib, lakin daha dəqiq hüquqi baza və təşkilatın resurslarından istifadənin universal qaydaları lazımdır. Rusiya öz tərəfdaşlarının müəllifliyi ilə ATƏT-in yeni nizamnaməsinin layihəsini və onun strukturlarının işinin nizama salınması üzrə təklif təqdim edib. Təşkilatın tələbliliyini yalnız belə artırmaq və onun yaranmaqda olan qlobal arxitekturasını qurmaq olar", - Rusiya Prezidenti qeyd edib.

Onun sözlərinə görə, ATƏT NATO, Aİ, KTMT və MDB ölkələri arasında danışıqların universal meydançası ola bilər.

"Mən əminəm ki, təşkilatın əməkdaşlığına əsaslanan təhlükəsizlik platformasına dayanaraq təşkilat NATO, Aİ, KTMT və MDB ölkələri arasında qarşılıqlı fəaliyyətin inkişafında hərəkətverici qüvvə olmağa qadirdir. Bu təşkilatlara daxil olan bütün ölkələr ATƏT-də təmsil olunublar. Bu mənda ATƏT meydan olaraq qalır", - Medvedev bildirib.

"Bu gün heç bir ideoloji maneə, hərbi qarşıdurma yoxdur. Biz bu problemlərin həlli üçün birləşə bilərik və birləşməliyik", - Rusiya Prezidenti bəyan edib.

Xəbər lenti

Xəbər lenti