...

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd ölkələr arasında münasibətlərin inkişafının saxlanmasını özünün əsas vəzifəsi hesab edir

Siyasət Materials 8 Dekabr 2010 13:18 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Teymuraz Şaraşenidze Gürcüstan-Azərbaycan münasibətlərinin "dinamik inkişafı"nın təminatını özü üçün əsas tapşırıq hesab edir.
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd ölkələr arasında münasibətlərin inkişafının saxlanmasını özünün əsas vəzifəsi hesab edir

Gürcüstan, Tbilisi, 8 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Teymuraz Şaraşenidze Gürcüstan-Azərbaycan münasibətlərinin "dinamik inkişafı"nın təminatını özü üçün əsas tapşırıq hesab edir. Bu barədə Şaraşenidze bu gün parlamentin həmvətənlər və diasporla əlaqələr komitəsinin iclasında bəyan edib.

Komitənin iclasında səkkiz ölkədə səfir vəzifəsinə namizədlik nəzərdən keçirilib. İsveçdə diplomatik nümayəndəliyin rəhbəri vəzifəsinə Polşadakı sabiq səfir Konstatin Kavtaradze, Polşada Slovakiyadakı sabiq səfir Nikoloz Nikolozişvili, Slovakiyada səfir vəzifəsinə isə xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun namizədliyi irəli sürülüb. Avropa Şurasında Zurab Çiaberaşvilini onun müavini Mamuk Qlonti əvəz edəcək, Çiaberaşvili özü isə İsveçrədə səfir olacaq. Bundan əlavə, Gürcüstanın Portuqaliya və Misirdə də yeni səfirləri olacaq - Qoqa Qorqiladze və Arçil Dzulaşvili.

"Gürcüstan-Azərbaycan münasibətləri dinamikliyi ilə xarakterizə edilir ki, bu da iki ölkə rəhbərlərinin nailiyyətidir və mənim vəzifəm bu münasibətlərin dinamikliyini saxlamaqdır, xüsusən də ölkələrimizin xeyli birgə maraqları var", - Trend-ə Şaraşenidze deyib.

Onun sözlərinə görə, bu, həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərə aiddir. "Bu, əməkdaşlığımızın siyasi cəhətləri, həmçinin, GUAM çərçivəsində iqtisadi maraqlar və əməkdaşlıqdır", - Şaraşenidze "bu münasibətlərin inkişafı üçün bütün səylərini əsirgəməyəcəyini" qeyd edərək vurğulayıb.

"Artıq bir ildən çoxdur ki, Gürcüstanın Azərbaycanda səfiri yoxdur və buna görə də təsdiq olunacağım təqdirdə, mümkün qədər tez işə başlamalı olacağam", - o qeyd edib.

Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Teymuraz Şaraşenidze bundan əvvəl İstanbulda baş konsul vəzifəsində çalışıb. Gürcüstan parlamenti cümə günü sessiya iclasında səfirləri təsdiq edəcək.

Xəbər lenti

Xəbər lenti