...

Ağır cinayətlərdə təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq - Baş Prokurorluq

Siyasət Materials 14 Dekabr 2010 18:00 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Sumqayıt şəhərində 2004-2010-cu illərdə çoxsaylı qəsdən adamöldürmə və digər ağır cinayətlər törətmək faktlarına görə təqsirləndirilən Elbrus Xəlilovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana verilməsindən imtina edilməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.
Ağır cinayətlərdə təqsirləndirilən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olunacaq - Baş Prokurorluq

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda qəsdən adamöldürmədə və digər ağır cinayətlərdə təqsirləndirilən şəxs Rusiyadan ekstradisiya olunacaq.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib ki, Sumqayıt şəhərində 2004-2010-cu illərdə çoxsaylı qəsdən adamöldürmə və digər ağır cinayətlər törətmək faktlarına görə təqsirləndirilən Elbrus Xəlilovun Rusiya hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana verilməsindən imtina edilməsi barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqətəuyğun deyil.

Sultanovun sözlərinə görə,qeyd edilən faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Elbrus Xəlilovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, eyni zamanda, barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsinə dair qərarlar qəbul edilib.

Keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Elbrus Xəlilov Rusiya Federasiyasında tutulub və onun Azərbaycana ekstradisiyası məqsədi ilə bütün zəruri sənədlər Rusiya Baş Prokurorluğuna təqdim olunub.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, Rusiya Baş Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılmaqla təqsirləndirilən şəxs Xəlilovun Azərbaycana ekstradisiyası istiqamətində zəruri tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti