...

Azərbaycanın müxalifət partiyaları təkliflər paketi hazırlayıb

Siyasət Materials 21 Dekabr 2010 11:54 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyaları ölkənin demokratik inkişafına dair təkliflər hazırlayıb.

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalifət partiyaları ölkənin demokratik inkişafına dair təkliflər hazırlayıb.

Müxalif Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə çərşənbə axşamı Trend-ə bildirib ki, siyasi partiyaların ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşündə bu təkliflər müzakirə edilib.

"Qərara aldıq ki, gələcəkdə də ATƏT-in həm Bakı ofisi, həm də Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə birgə parlament demokratiyası istiqamətində, çoxpartiyalı sistem qurulması üzrə birgə iş aparılsın. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirəcəyik. Bir çox təkliflərimiz var. Beynəlxalq təşkilatlarla birgə Azərbaycanda demokratik inkişaf və demokratik islahatlara nail olmağa çalışacağıq", - Mollazadə bildirib.

Mollazadənin sözlərinə görə, görüşdə seçki qanunvericiliyinin dəyişdirilməsi, Azərbaycanda siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, siyasi partiyaların ideologiyalarına uyğun olaraq müvafiq fondların yaradılması və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində müvafiq işlərin görülməsi ilə bağlı siyasi partiyaların təklifləri müzakirə edilib.

Mollazadə hesab edir ki, Avroatlantik məkana inteqrasiya etmiş Azərbaycan öz qanunvericiliyini Avropa qanunvericiliyinə uyğunlaşdırmalıdır.

Dekabrın 20-də müxalifət partiyalarının rəhbərləri ilə ATƏT-in Bakı ofisinin sədri arasında qapalı görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti