Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir M.Əliyev/
Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 29-da Azərbaycanda işgüzar səfərdə olacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərin mövzusu ikitərəfli münasibətlərin müzakirəsi olacaq.
Nümayəndə heyətinin tərkibinə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev də daxildir.