...

Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Siyasət Materials 30 Dekabr 2010 14:15 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.
Azərbaycan hökuməti Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Nazirlər Kabineti həqiqi hərbi xidmətə çağırış üzrə Respublika Çağırış Komissiyasının tərkibini təsdiq edib.

Nazirlər Kabinetinin İnternet saytının cümə axşamı yaydığı məlumata görə, 2011-ci ilin yanvarın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının sədri hərbi komissarının müavini R.Məmmədov təsdiq olunub.

Dövlət Sərhəd Xidməti rəisinin müavini M.Abbasquliyev Komissiyanın sədr müavini, daxili işlər nazirinin müavini O. Zalov, səhiyyə nazirinin müavini A.Vəlibəyov, ədliyyə nazirinin müavini T.Musayev, AHİK sədrinin müavini A.Dadaşov (razılaşdırılmışdır) və Milli Məclisin deputatı S.Novruzov (razılaşdırılmışdır) Komissiyanın üzvləri təsdiq olunublar.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb.

Müdafiə, Səhiyyə, Daxili İşlər, Nəqliyyat, Maliyyə nazirliklərinə və yerli icra hakimiyyəti orqanlarına Azərbaycan vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirlər görmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti