...

Müxalif "Qarabağ" siyasi blokunun təsis olunması ilə bağlı işçi qrupu yaradılıb

Siyasət Materials 7 Yanvar 2011 16:08 (UTC +04:00)
Trend-in ADP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cümə günü ADP-nin mərkəzi qərargahında Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası idarə heyətlərinin "Qarabağ" siyasi blokunun təsis edilməsi ilə bağlı birgə toplantısı keçirilib.
Müxalif "Qarabağ" siyasi blokunun təsis olunması ilə bağlı işçi qrupu yaradılıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Azərbaycanın müxalif Ümid və Demokrat (ADP) partiyaları "Qarabağ" siyasi blokunun yaradılması üçün işçi qrupu təsis ediblər. Trend-in ADP-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cümə günü ADP-nin mərkəzi qərargahında Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası idarə heyətlərinin "Qarabağ" siyasi blokunun təsis edilməsi ilə bağlı birgə toplantısı keçirilib.

Toplantı iştirakçıları siyasi ittifaqların yaranması, müxalifət partiyalarının inteqrasiya prosesinin gücləndirilməsi və siyasi partiyaların bir institut kimi cəmiyyətdə möhkəmləndirilməsi zərurəti ətrafında geniş müzakirələr aparıb, "Qarabağ" siyasi blokunun yaradılmasını məqsədəuyğun hesab edib və partiyaların ali qərarverici qurumlarına bu barədə müvafiq qərar verilməsi tövsiyə edilib.

Sonra isə blokun əsasnaməsinin və digər sənədlərinin hazırlanması məqsədilə hər iki partiyadan üç nəfər olmaqla işçi qrupu yaradılıb.

Xəbər lenti

Xəbər lenti