...

Litva prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 10 Yanvar 2011 13:35 (UTC +04:00)
Azərbaycan-Litva əməkdaşlığının perspektivləri Bakıda müzakirə olunacaq. Danışıqlar Litva Prezidenti Dalya Qribausskaytenin mayın əvvəlində Azərbaycana rəsmi səfəri zamanı aparılacaq.
Litva prezidenti Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir S.Ağayeva/

Azərbaycan-Litva əməkdaşlığının perspektivləri Bakıda müzakirə olunacaq. Danışıqlar Litva Prezidenti Dalya Qribausskaytenin mayın əvvəlində Azərbaycana rəsmi səfəri zamanı aparılacaq. Bu barədə bazar ertəsi Trend-ə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas bildirib.

Səfirin qeyd etdiyi kimi, hər iki tərəf bu səfərə siyasi, iqtisadi və digər əlaqələrin dərinləşməsi baxımından böyük əhəmiyyət verir.

Səfər zamanı Litvanın ATƏT-ə sədrliyi məsələsi, Azərbaycanın Litva ilə ümumavropa kontekstində münasibətləri və əlbəttə ki, Azərbaycan-Litva iqtisadi əlaqələri müzakirə olunacaq.

Litva ATƏT-ə yanvarın 1-dən sədrlik edir.

Xəbər lenti

Xəbər lenti