...

Slovakiya Azərbaycan ilə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır - prezident

Siyasət Materials 12 Yanvar 2011 03:54 (UTC +04:00)
Slovakiya Azərbaycan ilə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır, bunu Bratislavada Azərbaycanın Slovakiyadakı səfiri Fuad İsmaylovla görüşü zamanı Slovakiyanın prezidenti İvan Gaşparoviç deyib.
Slovakiya Azərbaycan ilə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır - prezident

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir S.Ağayeva/

Slovakiya Azərbaycan ilə ikitərəfli əlaqələrin intensivləşdirilməsində maraqlıdır, bunu Bratislavada Azərbaycanın Slovakiyadakı səfiri Fuad İsmaylovla görüşü zamanı Slovakiyanın prezidenti İvan Gaşparoviç deyib.

Görüş ölkə başçısının Yeni il münasibəti ilə Slovakiyada akreditə olunmuş diplomatik missiyaların işçilərinin şərəfinə keçirdiyi qəbul zamanı baş tutub. Bu barədə Trend-ə çərşənbə günü səfir İsmaylov bildirib.

"Çıxışı zamanı prezident Gaşparoviç Slovakiyanın daxili və xarici siyasəti haqda məsələlərə toxunub, ölkədə iqtisadi vəziyyətə xüsusi yer ayıraraq, bütün qonşu ölkələr ilə münasibətlərdən söz açıb", səfir bildirib.

İsmaylov ilə qısamüddətli görüşü zamanı, prezident Gaşparoviç Azərbaycan rəhbərliyinə Yeni il münasibəti ilə təbriklərini və ən xoş arzularını çatdırıb.
 
Səfirin sözlərinə görə, görüşdə ölkələr arasında əlaqələrin daha da genişlənməsinə ümid ifadə olunub. Bununla əlaqədar, ən yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Tədbir zamanı Slovakiyanın xarici işlər naziri Mikulaş Dzurinda ilə də görüş keçirilib. Bakı və Bratislava arasında əlaqələrin inkişafı, carı il iki nazirliyin rəhbərləri səviyyəsində görüşlərinin keçirilməsinin təşkili mövzuları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti