...

Azərbaycanda keçirilən son parlament seçkiləri bir mənalı olaraq demokratiya istiqamətində irəliyə atılan bir addımdır- Azərbaycan nümayəndə heyətinin sədri

Siyasət Materials 25 Yanvar 2011 01:31 (UTC +04:00)
Azərbaycanda keçirilən son parlament seçkiləri bir mənalı olaraq demokratiya istiqamətində irəliyə atılan bir addımdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov polşalı deputat Tadeus İvinski tərəfindən hazırlanmış “Azərbaycanda parlament seçkiləri haqqında hesabat” ətrafında günün ikinci yarısında davam etdirilən müzakirələr zamanı deyib.
Azərbaycanda keçirilən son parlament seçkiləri bir mənalı olaraq demokratiya istiqamətində irəliyə atılan bir addımdır- Azərbaycan nümayəndə heyətinin sədri

Fransa, Strasburq, 24 yanvar / Trend,  müxbir A. Məhərrəmli/

Azərbaycanda keçirilən son parlament seçkiləri bir mənalı olaraq demokratiya istiqamətində irəliyə atılan bir addımdır. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov polşalı deputat Tadeus İvinski tərəfindən hazırlanmış  "Azərbaycanda parlament seçkiləri haqqında hesabat" ətrafında günün ikinci yarısında davam etdirilən müzakirələr zamanı deyib.

"Biz, Azərbaycan nümayəndə heyəti olaraq, bu sessiyanın gedişində ölkəmizdə həqiqətən nələrin baş verdiyinə aydınlıq gətirmək istərdik. Bu seçkiləri yeddi mindən çox yerli və beynəlxalq müşahidəçilərinin izləməsi, Azərbaycanda bu seçkilərə nə qədər böyük önəm verildiyinin göstəricisidir. Seçkiöncəsi müşahidələr də seçki prosesini daha yaxşı anlamaq üçün çox vacibdir. Mən hər iki müşahidə missiyasının rəhbəri olmuş Pol Ville-yə də öz təşəkkürümü bildirmək istərdim. Bildiyiniz kimi bu seçkilərlə bağlı AŞ PA, ATƏT Demokratik Təsisatlar və İnsan Hüqüqları bürosu, ATƏT-in Parlament Assambleyası və  Avropa Parlamenti birgə bəyanat qəbul edib. Bu sənəddə yuxarda adlarını çəkdiyim təşkilatların mənim ölkəmin gələcəyi naminə Azərbaycanla əməkdaşlıqlarını davam etdirəcəkləri qeyd olunub. Bu çox mühüm bir məsələdir. Çox təssüf ki, bir qrup ayrı-ayrı şəxslər seçkilərin belə sakit bir tərzdə keçdiyini nəzərə almaq istəmirlər. Onlar ölkədəki bütün siyasi partiyalarının iştirakını lazımi şəkildə qiymətləndirmədilər.
Demək olar ki, bütün namizədlərə ölkənin ictimai televiziyasında efir vaxtı ayrıldı. Onlar bu seçkilərlə bağlı beynəlxalq təşkilatların məqbul sayılan rəylərini də qəbul etmək istəmədilər və bizi tənqid və şantaj atəşinə tutdular. Özü də, tək hakim partiyaya qarşı deyil, eyni zamanda, bunu beynəlxalq müşahidəçilərə qarşı da etdilər. Bu baxımdan, mən bir daha AŞPA-nı və onun üzvlərinə öz təşəkkürümü bildirmək istərdim. Çünkü seçkilərdə iştirak etmiş AŞ PA üzvləri onların ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüqüqları bürosundan olan həmkarlarından fərqli olaraq, vəziyyətin daha da real tərəfini əks etdirdilər. Bu baxımdan, hesab edirəm ki, bu seçkilər bir mənalı olaraq irəliyə atılan bir addımdır. Eyni zamanda, biz bu təşkilatın məsləhət və töhfələrini dinləməyə və əməkdaşlıq etməyə də hazırıq"-Seyidov qeyd edib.

Xəbər lenti

Xəbər lenti