...

Azərbaycan Prezidenti Hindistan Respublikasının Prezidentini ölkəsinin milli bayramı münasibətilə təbrik edib

Siyasət Materials 25 Yanvar 2011 19:40 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri xanım Pratibha Devisinqh Patili Hindistan Respublikasının milli bayramı – Respublika günü münasibətilə təbrik edib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Hindistan Respublikasının Prezidentini ölkəsinin milli bayramı münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Hindistan Respublikasının Prezidenti Zati-aliləri xanım Pratibha Devisinqh Patili Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə təbrik edib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Təbrikdə deyilir ki, Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Hindistan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin daim genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Xəbər lenti

Xəbər lenti