...

ABŞ-ın Azərbaycandakı səfiri Dövlət Departamentində görüş keçirəcək

Siyasət Materials 4 Fevral 2011 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir A.Qasımova/

ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfiri Metyu Brayza Birləşmiş Ştatların Dövlət Departamentində görüş keçirəcək. Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentindən bildirilib.

Brayzanın dövlət katibinin siyasi məsələlər üzrə müavini Vilyam Börnslə görüşü gözlənilir. Məlumatda bildirilir ki, danışıqlar mətbuat üçün qapalı olacaq.

Yanvarın 27-də ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Metyu Brayza and içib. Bundan əvvəl məlumat verildiyi kimi, Brayzanın fevralın ilk günlərində Azərbaycana gəlməsi gözlənilir.

Amerikanın Azərbaycandakı diplomatik nümayəndəliyinin rəhbəri vəzifəsi 2009-cu ilin iyulundan - keçmiş səfir Enn Dersinin səlahiyyət müddəti bitdiyi vaxtdan boş qalmışdı.

Xəbər lenti

Xəbər lenti