Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Səfir Mətyu Brayzə fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Mətyu Brayzə etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı səfiri yeni təyinatı münasibətilə təbrik etdi, ona fəaliyyətində uğurlar arzuladı.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Mətyu Brayzə etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mətyu Brayzənin etimadnaməsini qəbul edib