...

Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaxın vaxtlarda toplaşacaq - səfir

Siyasət Materials 22 Fevral 2011 17:12 (UTC +04:00)
Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası özünün ilk iclasına yaxın vaxtlarda toplaşacaq.
Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaxın vaxtlarda toplaşacaq - səfir

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir R.Hafizoğlu/

Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası özünün ilk iclasına yaxın vaxtlarda toplaşacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.

"İndi iki ölkə arasında Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının keçirilməsinə hazırlıq gedir. Onun yaxın vaxtlarda keçirilməsi gözlənilir", - Kılıc qeyd edib.

"Zaman" qəzetində dərc edilən müsahibəsində Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun dediyinə görə, Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası mart və ya aprel ayında Bakıda keçiriləcək.

Onun sözlərinə görə, iclasda iştirak etmək üçün Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi türkiyəli nazirlərdən ibarət nümayəndə heyəti Azərbaycan paytaxtına gələcək.

2010-cu ilin sentyabr ayında türkdilli ölkələrin dövlət başçılarının İstanbul Zirvə toplantısında Türkiyə ilə Azərbaycan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti