...

Türkiyə Parlamenti Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib

Siyasət Materials 23 Fevral 2011 12:19 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisi Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib. Bu barədə Trend-ə Türkiyə Parlamentindən məlumat verilib.
Türkiyə Parlamenti Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir A.Axundov/

Türkiyə Böyük Millət Məclisi (TBMM) Azərbaycan-Türkiyə hökumətlərarası iki sazişi ratifikasiya edib. Bu barədə Trend-ə Türkiyə Parlamentindən məlumat verilib.

Türkiyə Parlamenti Baş Assambleyasının çərşənbə axşamı keçirilən iclasında Azərbaycan və Türkiyə hökumətləri arasında 2005-ci il iyunun 30-da imzalanan müəllif və intellektual hüquqlar sahəsində saziş və 1998-ci il iyulun 17-də imzalanmış sosial müdafiə barədə müqaviləyə əlavə saziş ratifilkasiya olunub.

"Qüvvəyə minməsi üçün bu sazişlər ölkə prezidenti tərəfindən təsdiq edilməlidir", - Türkiyə Parlamentindən bildiriblər.

Bu sazişlərin təsdqilənməsi haqqında qanun layihələrinin yekun variantları TBMM-in Xarici əlaqələr komisiyası tərəfindən 2011-ci il yanvarın 5-də keçirilən iclasda hazırlanıb və daha sonra baxılmaq üçün TBMM BA-ya təqdim olunub.

Xəbər lenti

Xəbər lenti